Donald Tramp Böyük Britaniyanın kraliyyət ailəsi ilə görüşüb [Video]

 

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya ikinci rəsmi dövlət səfəri təmtəraqla və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə keçirilir. Donald Tramp helikopterlə Vindzor qəsrinə gedib və burada onu və Melania Trampı şahzadə Uilyam və Keyt Middlton qarşılayıblar.

Bundan sonra Donald Tramp Birləşmiş Krallığın monarxı kral Çarlz və onun həyat yoldaşı Kamilla ilə görüşüb.

Rəsmi mərasim çərçivəsində Donald Tramp Amerika və Britaniyanın dövlət himnlərinin səsləndirildiyi Vindzor qəsrində fəxri qarovul dəstəsini salamlayıb. Daha sonra isə kraliyyət ailəsi və fəxri qonaqlar nahar yeməyi üçün saraya gediblər.

“Reuters”in yazdığı kimi, ABŞ Prezidentinin Britaniyaya səfəri dövlət səfərləri tarixində ən genişmiqyaslı hərbi təntənəli qarşılanma olacaq.

Məlumat üçün bildirək ki, bu, Donald Trampın Birləşmiş Krallığa ikinci dövlət səfəridir. Sabah ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək.