Donald Tramp - Bizim ən güclü, ən ölümcül və ən təhlükəli hərbi qüvvələrimiz var, bizə heç kim hücum edə bilməz
Donald Tramp - Bizim ən güclü, ən ölümcül və ən təhlükəli hərbi qüvvələrimiz var, bizə heç kim hücum edə bilməz

 

Bu, inanılmaz hərbi nailiyyət idi – bu haqda ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Respublikaçılar Partiyasının üzvləri qarşısında Venesuelada keçirilən hərbi əməliyyat haqqında deyib.

“Onlar gələcəyimizi bilirdilər. Demək olar ki, bütün ölkənin elektrik enerjisi söndürülmüşdü. Məhz o zaman problem olduğunu anladılar. Bu, əzəmətli idi. Taktiki cəhətdən əzəmətli idi. Bu, inanılmaz bir şey idi” – Tramp bildirib.

Bununla yanaşı, Donald Tramp əlavə detallar barədə danışmasa da, əməliyyatda kubalıların öldüyünü təsdiqləyib. Onun sözlərinə əsasən, Venesuelada Nikolas Maduronu yaxalamaq əməliyyatı ABŞ-nin dünyada ən güclü hərbi qüvvəyə malik olduğunu sübut edir.

“Bizim dünyada ən güclü, ən ölümcül və ən təkmilləşdirilmiş hərbi qüvvələrimiz var. Bu, Yer kürəsində ən təhlükəli hərbi qüvvələrdir. Bilirsiniz, mən bunu uzun müddətdir deyirəm. Heç kim bizə hücum edə bilməz. Uzun müddətdir ki, ABŞ-nin Qərb yarımkürəsində üstün ordusu olduğu qəbul edilib” – Donald Tramp bildirib.