Donald Tramp – Biz Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik, hər iki tərəflə danışırıq, güman edirəm ki, Putinlə doğru zamanda görüşəcəyəm

12:49, 10.02.2025

 

ABŞ-nin Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə cari danışıqlarda irəliləyiş gördüyünü bildirib, lakin Rusiya Prezidenti Vladimer Putinlə ünsiyyətinin təfərrüatlarını açıqlamaqda təmkinli davranıb.

Tramp Putinlə əlaqə saxladığını qeyd edib.

“Biz söhbət etdik. Sadəcə deyək ki, mən ünsiyyət qurdum… yenə çoxlu söhbət gözləyirəm. Biz bu müharibəni bitirməliyik. Mən sizə bu söhbətlərdən danışmaq istəmirəm. İnanıram ki, biz irəliləyiş əldə edirik. Biz Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik” – Tramp qeyd edib.

ABŞ-nin Prezidenti Amerika Birləşmiş Ştatlarının həm Rusiya, həm də Ukrayna ilə təmasda olduğunu təsdiqləyib.

“Biz hər iki tərəflə danışırıq. Güman edirəm ki, Putinlə, bəli, doğru zamanda, lazımi anda görüşəcəyəm” – ABŞ-nin Prezidenti bildirib.

Oxşar