Donald Tramp – Biz Ukrayna ilə nadir torpaq mineralları ilə bağlı müqavilə imzalayacağıq
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna ilə nadir torpaq minerallarına dair saziş imzalayacağını bildirib.
“Biz Ukrayna və Rusiya məsələlərində çox yaxşı işləyirik. Gördüyümüz işlərdən biri odur ki, biz çox yaxında Ukrayna ilə çox böyük dəyərə malik nadir faydalı qazıntılar haqqında müqavilə imzalayacağıq. Biz bunu yüksək qiymətləndiririk”. – Tramp deyib.
Amerika prezidenti Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı nikbinliyini də bildirib.
“Bildiyiniz kimi, biz dünən prezident Putin və prezident Zelenski ilə danışdıq. Biz bu münaqişəyə son qoymaq istəyirik. Düşünürəm ki, biz bu baxımdan kifayət qədər yaxşı iş görürük. İnanıram ki, biz buna nail olacağıq. Gəlin görək nə baş verir.” – Donald Tramp qeyd edib.