Donald Tramp – Biz müharibədə qalib gəlirik, Hörmüz boğazına nəzarət edirik. Onu “Tramp boğazı” adlandırmalıyıq

11:58, 10.09.2026

ABŞ Prezidenti Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edir.
“Biz bu müharibədə qalib gəlirik. Hörmüz boğazına nəzarət edirik. Onu ‘Tramp boğazı’ adlandırmalıyıq. Bununla mən də müəyyən fayda əldə etməliyəm”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran hakimiyyətinin bu ideyadan “məmnun qalacağına” əmindir.

Tramp həmçinin Ontario gölü barədə danışıb və bildirib ki, gölün adını bu yaxınlarda “Amerika gölü” olaraq dəyişdirib.

Bununla yanaşı, ABŞ Prezidenti Nyu-Meksiko ştatının adının da dəyişdirilərək “Yeni Amerika” adlandırıla biləcəyini qeyd edib.

Oxşar