Donald Tramp - Biz kömək etməsəydik, Ukrayna bir gündə bitərdi
Donald Tramp - Biz kömək etməsəydik, Ukrayna bir gündə bitərdi

 

Bizim köməyimiz olmadan, Ukrayna bir gün ərzində artıq mövcud olmazdı, ilk gündəcə bitərdi – bu haqda Donald Tramp bildirib.

ABŞ Prezidentinin sözlərinə əsasən, Ukraynada dünyanın ən yaxşı avadanlığı var idi və Co Bayden onları pulsuz olaraq verdi.

“Biz kömək etməsəydik, Ukrayna bir gündə bitərdi. Səmimi desək, Ukrayna ilk gündəcə artıq mövcud olmazdı. Onların dünyada ən yaxşı avadanlığı var idi, bu bizim avadanlığımız idi və yatan Co Bayden onlara pulsuz olaraq verdi. Dünyada yüz milyardlarla dollar dəyərində ən yaxşı avadanlığı pulsuz olaraq” – Tramp bildirib.