Donald Tramp – Biz iş yerlərini və biznesləri heç vaxt olmadığı kimi geri qaytarırıq, bu, iqtisadi inqilabdır, asan olmayacaq, lakin yekun nəticə tarixi olacaq, dözün, biz qalib gələcəyik
Biz iş yerlərini və biznesləri heç vaxt olmadığı kimi geri qaytarırıq, artıq 5 trilyon dollardan çox sərmayə var və bu, sürətlə böyüyür – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
Trampın qiymətləndirməsinə əsasən, tətbiq edilən rüsumlar Çinə ABŞ-dan daha çox ziyan vurub.
Onun sözlərinə görə, bu, asan olmayacaq, lakin yekun nəticə tarixi olacaq.
“Çin, ABŞ-dan daha çox zərər çəkdi, bunu müqayisə belə etmək olmaz. Onlar və digər ölkələr bizə dəhşətli şəkildə davranırdılar. Biz axmaq və zəif idik, sanki cəzalandırılmağa məhkum olunmuşların dirəyinə bağlanmışdıq, amma artıq belə olmayacağıq. Biz iş yerlərini və biznesləri heç vaxt olmadığı kimi geri qaytarırıq. Artıq 5 trilyon dollardan çox sərmayə var və bu, sürətlə böyüyür. Bu iqtisadi inqilabdır və biz qalib gələcəyik. Dözün, asan olmayacaq, lakin yekun nəticə tarixi olacaq. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik” – Tramp yazır.