Donald Tramp - Biz həm Çin, həm də ABŞ üçün faydalı olacaq şəkildə Çin bazarının Amerika biznesi üçün açılmasını istəyirik, İsveçrədə Çin nümayəndələri ilə uğurlu görüş baş tutdu
ABŞ prezidenti Donald Tramp İsveçrədə ABŞ və Çin arasında keçirilən danışıqları müsbət qiymətləndirir.
ABŞ prezidentinin sözlərinə görə, iki ölkə arasında “tam münasibətlərin yenilənməsi dostluq və konstruktiv mühitdə” baş verib.
“Bu gün İsveçrədə Çinlə çox uğurlu bir görüş keçirildi. Bir çox məsələ müzakirə olundu və müxtəlif sahələrdə razılaşmalar əldə edildi. Biz həm Çin, həm də Amerika Birləşmiş Ştatları üçün faydalı olacaq şəkildə Çin bazarının Amerika biznesinə açılmasını istəyirik”, – deyə Tramp bildirib və əlavə edib ki, “böyük irəliləyiş əldə olunub”.
Qeyd edək ki, 7 may tarixində ABŞ Maliyyə Departamentinin rəhbəri Skott Besenti və ticarət nümayəndəsi Ceymison Qrierin Çin rəsmiləri ilə İsveçrədə görüşəcəyi barədə məlumat yayılmışdı.