Donald Tramp – Biz hələ də Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşürük, müharibəni bitirmək üçün onlarla və Rusiya ilə işləyirik
Biz hələ də Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşürük – bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərə açıqlayıb.
O, Vaşinqtonun Ukraynaya müharibəni bitirməkdə kömək etdiyini deyib.
Tramp, ABŞ-nin müharibəyə son qoymaq üçün həm Rusiya, həm də Ukrayna ilə işlədiyini bildirib.
“Biz onlara kömək edirik, yekun cavabın alınmasında həqiqətən də onlara köməklik göstəririk. Biz müharibənin bitməsini istəyirik. Onlara kömək edirik və kəşfiyyat məlumatlarını bölüşürük. Müharibəni bitirmək üçün onlarla və Rusiya ilə işləyirik” – Tramp qeyd edib.
Rusiya ilə dizel yanacağı haqqında razılaşmaya gəlincə, Tramp bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib.
“Bu, dünya bazarına çıxarılan dizel yanacağı haqqında müqavilədir” – Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, “Financial Times” ABŞ-nin Ukraynanı kəşfiyyat məlumatlarının bölüşdürülməsini dayandırmaqla hədələdiyi barədə məlumat yaymışdı.