Donald Tramp - Biz hazırda İranla danışırıq, mən razılaşmaya nail olmaq istəyirəm, əgər nəsə edə bilsək, bu, əla olacaq
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirib.
Trampın jurnalistlərlə söhbətində qeyd etdiyi kimi, hazırda hərbi gəmilər İrana doğru gedir, lakin o, razılaşmaya nail olmaq istədiklərini bildirib.
“Sizə nə etməyi planlaşdırdığımı deyə bilərəm, çünki indi ora Venesuelada olduğu kimi, çox böyük qüvvə yönəlir və onlar tezliklə orada olacaqlar. Razılaşmaya nail olunmasını istəyirəm. Bunun baş verib-verməyəcəyini bilmirəm. Biz hazırda İranla danışırıq, əgər nəsə edə bilsək, bu, əla olacaq” – Tramp qeyd edib.