Donald Tramp - Biz gürcü xalqını dayanıqlı təhlükəsizlik, öz müqəddəratını təyinetmə və müstəqilliyə yönəlik səylərində dəstəkləyirik
Donald Tramp - Biz gürcü xalqını dayanıqlı təhlükəsizlik, öz müqəddəratını təyinetmə və müstəqilliyə yönəlik səylərində dəstəkləyirik

 

Biz gürcü xalqını dayanıqlı təhlükəsizlik, öz müqəddəratını təyinetmə və müstəqilliyə yönəlik səylərində dəstəkləyirik – bu barədə ABŞ Prezidenti Donald Trampın 26 May ilə əlaqədar Gürcüstan Prezidenti Mixeil Ğavelaşviliyə göndərdiyi təbrik məktubunda deyilir.

Trampın qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə hələ də dəstəkləyir.

“Əziz cənab Prezident, Amerika Birləşmiş Ştatları adından gürcü xalqını milli bayram münasibətilə təbrik edirəm. Bu il Amerika və gürcü xalqları arasında dostluq əlaqələrini yeniləmək, ölkələrimizin təhlükəsizlik və rifahına töhfə vermək üçün yeni imkanlar yaradır. Amerika Birləşmiş Ştatları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə hələ də dəstəkləyir. Biz gürcü xalqını dayanıqlı təhlükəsizlik, öz müqəddəratını təyinetmə və müstəqilliyə yönəlik səylərində dəstəkləyirik” – Donald Trampın təbrik məktubunda qeyd olunub.