Donald Tramp – Biz düzgün işlər görməsi üçün Ukraynanı məcbur etməliydik, Oval kabinetdəki kiçik səhnənin şahidi oldunuz, amma indi onlar düzgün işlər görürlər, atəşkəs əldə etməyə çalışırıq

10:53, 18.03.2025

 
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Oval kabinetdə yaşadığı mübahisənin Ukraynaya təzyiq strategiyasının bir hissəsi olduğunu bildirib.

“Biz düzgün işlər görməsi üçün Ukraynanı məcbur etməliydik. Bu, asan vəziyyət deyildi. Oval kabinetdəki kiçik səhnənin şahidi oldunuz, amma düşünürəm ki, indi onlar düzgün işlər görürlər və biz atəşkəs, sonra sülh sazişi əldə etməyə çalışırıq” – Donald Tramp qeyd edib.

Bununla yanaşı, Ukraynaya silah tədarükünün və kəşfiyyat məlumatının verilməsinin dayandırılması ilə bağlı suala Tramp bu qərarın Kursk vilayətindəki Ukrayna ordusuna zərər vermədiyini qeyd edib.

“Birinin çox insanın ölümünə səbəb olacaq pis bir şey etdiyini görsəm, bu işə qarışmağımın yeganə səbəbi insanlıqdır. Mən insanlığa görə müdaxilə edirəm, çünki orada çoxlu insan ölür” – Tramp bildirib.

Oxşar