Donald Tramp – Biz Con Kennedinin qətli ilə bağlı faylları bu gün açıqlayacağıq, insanlar bunu onilliklər boyu gözləyirdilər

11:49, 18.03.2025

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 35-ci prezident Con Kennedinin qətli ilə bağlı bütün faylları bu gün açıqlayacağını deyib.

O, insanların bu faylları onilliklər boyu gözlədiyini bildirib.

“Biz Kennedi ilə bağlı faylları açıqlayacağıq, insanlar bunu onilliklər boyu gözləyirdilər. Bizim çox sayda sənədlərimiz var, oxuyacağınız çox şey olacaq. Mən dedim ki, heç nəyi redaktə etməsinlər” – Donald Tramp jurnalistlərlə danışarkən qeyd edib.

ABŞ Prezidenti bildirib ki, sənədlərin ümumi sayı “təxminən 80 000 səhifədir”.

Yanvarda vəzifəsini tutduqdan sonra Donald Tramp Con Kennedi, Robert Kennedi və Martin Lüter Kinq kiçiyin qətlləri ilə bağlı faylların açıqlanması haqda icra sərəncamı imzalayıb. Daha sonra Federal Təhqiqat Bürosunda Con Kennedinin qətli ilə əlaqəli təxminən 2400 yeni qeyd aşkar etdiklərini bildiriblər.

Oxşar