Donald Tramp - Biz bir nömrəli nüvə gücüyük, Rusiya ikinci, Çin üçüncüdür, ola bilsin, üçümüz birlikdə nüvəsizləşdirmə planı üzərində işləyək, görək, bu işə yarayacaq yoxsa yox
Donald Tramp - Biz bir nömrəli nüvə gücüyük, Rusiya ikinci, Çin üçüncüdür, ola bilsin, üçümüz birlikdə nüvəsizləşdirmə planı üzərində işləyək, görək, bu işə yarayacaq yoxsa yox

 

ABŞ Prezidenti Donald Tramp Çin və Rusiya ilə birlikdə nüvəsizləşdirmə planı üzərində işləyə biləcəyini bildirir.

ABŞ Prezidenti planla bağlı konkret detalları səsləndirməyib.

“Biz nüvə gücümüzü yenidən yaratdıq – biz bir nömrəli nüvə gücüyük, bunu etiraf etmək istəmirəm, çünki bu, dəhşətdir. Rusiya ikincidir. Çin üçüncüdür, lakin onlar dörd və ya beş ilə bizə çatacaqlar. Ola bilsin, üçümüz birlikdə nüvəsizləşdirmə planı üzərində işləyək. Görək, bu işə yarayacaq yoxsa yox” – Tramp bildirib.

ABŞ Prezidenti Amerikanın dünyada ən güclü orduya malik olduğunu deyib.

“Bu il biz Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinə bir trilyon dollar qoyuruq. Bu, indiyə qədər yatırdığımız ən böyük məbləğdir” – Tramp bildirib.