Donald Tramp - Birləşmiş Krallıqla əldə olunmuş və iki ölkə arasındakı münasibətləri möhkəmləndirəcək razılaşma tam və hərtərəfəlidir
ABŞ Prezidenti Donald Tramp bildirir ki, Birləşmiş Krallıqla əldə olunmuş razılaşma hərtərəfəlidir və iki ölkə arasındakı münasibətləri gələcək uzun illər ərzində möhkəmləndirəcək.
Bu barədə Donald Tramp özünün sosial şəbəkəsində yazıb.
Həmçinin, Donald Tramp danışıqlar mərhələsində olan digər ölkələrlə də razılaşmaların gözlənildiyini bildirir.
“Birləşmiş Krallıqla razılaşma tam və hərtərəfəlidir, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq arasındakı münasibətləri gələcək uzun illər ərzində möhkəmləndirəcək. Uzunmüddətli tariximizə və bir-birimizə olan sədaqətimizə görə, Birləşmiş Krallıqla razılaşmanı ilk olaraq elan etməyimiz böyük şərəfdir. Bu razılaşmanı üzərində danışıqların ciddi mərhələyə çatdığı bir sıra digər razılaşmalar da izləyəcək !” – Donald Tramp yazır.
ABŞ-Britaniya razılaşmasının təfərrüatları hazırda məlum deyil, lakin tərəflər avtomobillər, kənd təsərrüfatı məhsulları və Amerika texnologiya şirkətləri üçün rüsumların azaldılması məsələsini müzakirə edirdilər. Hazırda Birləşmiş Ştatlar Britaniyaya 10% baza rüsumu tətbiq edir, lakin avtomobillər, alüminium və polad üçün rüsum 25% təşkil edir.