Donald Tramp - Bilmirəm, Putin üçün Çində təşkil olunan mərasim mənimki qədər təsirli idi, ya yox, düşünürəm ki, biz üstələdik
Donald Tramp Çin və Rusiya liderləri arasında keçirilən görüşü təqdir etdiyini və hər ikisi ilə yaxşı münasibətinin olduğunu bildirir.
“Düşünürəm ki, bu yaxşıdır. Hər ikisini yaxşı başa düşürəm” – o, bildirib.
Bununla yanaşı, Ağ Evin lideri Vladimir Putinin Pekinə səfərini öz səfəri ilə müqayisə edib və Rusiya lideri ilə müqayisədə ona daha təsirli görüş təşkil etdiklərini qeyd edib.
“Bilmirəm, Putin üçün təşkil olunan mərasim mənimki qədər təsirli idi, ya yox. Mən onu izlədim. Düşünürəm ki, biz onları üstələdik” – Tramp bildirib.
Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimer Putin 19-20 may tarixlərində Pekinə rəsmi səfər edib, Donald Tramp isə 13-15 may tarixlərində səfər edib.