Donald Tramp - Bilmirəm Putin müharibəni bitirmək istəyir yoxsa yox, əgər bizi aldadırsa, ABŞ buna fərqli cavab verəcək
Donald Tramp - Bilmirəm Putin müharibəni bitirmək istəyir yoxsa yox, əgər bizi aldadırsa, ABŞ buna fərqli cavab verəcək

 

Bilmirəm Putin müharibəni bitirmək istəyir yoxsa yox, əgər bizi aldadırsa, ABŞ buna fərqli cavab verəcək – bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

ABŞ Prezidenti danışıqların davam etdiyi bir vaxtda şəhərlərin bombalanmasından və insanların həlak olmasından məyusdur.

“Bilmirəm, lakin iki həftəyə sizə deyəcəm. Onun bizi aldadıb-aldatmadığını tezliklə müəyyən edəcəyik. Əgər aldatsa, fərqli cavab verəcəyik. Cənab Uitkof fantastik iş görür, onlarla çox işləyir. Görünür, onlar nəsə etmək istəyirlər, lakin sənəd imzalanana qədər mən sizə deyə bilmərəm. Heç kim bunu deyə bilməz. Son bir neçə gecə ərzində baş verənlər məni çox məyus etdi, biz danışıqlar çağırışı ilə çıxış etdiyimiz bir vaxtda insanlar həlak oldular. Buna görə çox məyusam” – Donald Tramp qeyd edib. Jurnalistin Rusiya və Ukrayna prezidentləri ilə danışıqlar masasına birlikdə əyləşməyə hazır olub-olmaması sualına ABŞ Prezidenti cavab verib: “Lazım olsa, danışıqlar masasına onlarla birlikdə əyləşəcəm. Biz prezident Putin üzərində işləyirik və görək nə olacaq. Şəhərlərə raketlər atılanda baş verənləri bəyənmirəm, bu, yaxşı deyil. Buna icazə verə bilmərəm”.

Donald Trampa Rusiyaya qarşı sanksiyaların mümkün tətbiqi ilə bağlı da sual verilib və ABŞ Prezidenti bunun sülh prosesinə mənfi təsir göstərəcəyini qeyd edib.

“Düşünürəm ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi sülh razılaşmasına zərər verər. Bu, mənim müharibəm deyil, bu, Baydenin müharibəsidir, bu, Zelenskinin və Putinin müharibəsidir. Bu, Trampın müharibəsi deyil. Mən bir şey üçün – buna son qoymağa, həftədə 5 min insanın həyatını və çoxlu pulu xilas etməyə çalışmaq üçün buradayam” – Donald Tramp qeyd edib.