Donald Tramp bildirir ki, Vladimer Putin Ukraynada müharibənin başa çatması ilə razılaşmasa, bunun çox ağır nəticələri olacaq
ABŞ Prezidenti Donald Tramp bildirir ki, Rusiya Prezidenti Vladimer Putin Ukraynada müharibənin başa çatması ilə razılaşmasa, bunun çox ağır nəticələri olacaq.
“Bunun nəticələri olacaq” – Tramp bildirib.
Jurnalistin bunun yeni sanksiyalar və ya rüsumlar mənasına gəlib-gəlməməsi sualına, Tramp cavab verməkdə təmkinli davranıb.
“Bunu deməyə ehtiyac duymuram. Çox ağır nəticələri olacaq” – Tramp bildirib.
Jurnalistin Vladimer Putinlə cümə günü Alyaskada görüşərkən onu mülki insanları hədəf almağı dayandırmağa inandıra biləcəyinə inanıb-inanmaması sualına, Tramp ehtimal ki, yox cavabını deyib.
“Vladimer Putinlə bu cür söhbətim olmuşdu. Çox yaxşı söhbətim olmuşdu, evə gedirdim və eşidirdim ki, raket yaşayış binasına və ya evə düşüb və insanlar küçələrdə ölmüşdülər. Məncə, sualınızın cavabı – xeyrdir, çünki mən bu söhbəti artıq etmişəm. Müharibəni bitirmək istəyirəm. Bu, Baydenin müharibəsidir, lakin mən onu bitirmək istəyirəm. Mən artıq bitirdiyim beş digər müharibə ilə birlikdə bu müharibəni bitirməklə çox fəxr edəcəyəm. Lakin düşünürəm ki, sualınıza cavab — ehtimal ki, xeyrdir. Mən Vladimerlə çoxlu yaxşı söhbətlər aparmışam, onu çox yaxşı tanıyıram, onunla yaxşı münasibətlərim olub” – Tramp bildirib.