Donald Tramp bildirir ki, tətbiq edilən rüsumların dayandırılmasını nəzərdən keçirmir

10:14, 08.04.2025

 

ABŞ Prezidenti Donald Tramp bildirir ki, tətbiq edilən rüsumların dayandırılmasını nəzərdən keçirmir. O, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Xeyr, biz bunu nəzərdən keçirmirik. Bir çox ölkələr bizimlə müqavilə bağlamağa gəlir və bu ədalətli müqavilələr olacaq. Bəzi hallarda onlar ciddi rüsumlar ödəyəcəklər” – ABŞ Prezidenti bildirib.

Trampa onun administrasiyasının rüsumlar barədə danışıqlarla bağlı qeyri-müəyyən mesajları haqqında sual verildikdə, prezident hər ikisinin haqlı ola biləcəyini deyib.

“Ola bilsin, hər ikisi haqlı olsun. Daimi rüsumlar ola bilər və eyni zamanda danışıqlar davam edə bilər, çünki rüsumlardan başqa bizə lazım olan bəzi şeylər var” – prezident bildirib.

Oxşar