Donald Tramp bildirir ki, Putinlə görüş yaxşı bitməsə, ola bilsin, mətbuat konfransını təkbaşına keçirsin
ABŞ Prezidenti Donald Tramp bildirir ki, Putinlə görüş yaxşı bitməsə, ola bilsin, mətbuat konfransını təkbaşına keçirsin.
“Mətbuat konfransı keçirəcəm. Bilmirəm, bu, birgə olacaq, ya yox. Bu barədə heç danışmamışıq da. Düşünürəm, birgə və sonra isə ayrı-ayrılıqda mətbuat konfransı keçirsək, yaxşı olacaq. Belə ki, ya birgə mətbuat konfransı keçirəcəyik ya da görüş yaxşı bitməsə, sadəcə olaraq, təkbaşıma mətbuat konfransı keçirəcəm və gedəcəm, Vaşinqtona qayıdacağam” – Tramp bildirib.
ABŞ Prezidenti bildirib ki, görüş mənfi olsa, mətbuat konfransında bəyan edəcək ki, “müharibə davam edəcək”.
Bununla yanaşı, Tramp bildirib ki, onun fikrincə, Putin razılaşma bağlamağı planlaşdırır.
“İnanıram ki, o, indi razılaşmaya nail olacağına əmindir. Düşünürəm, o, razılaşma əldə edəcək. Düşünürəm ki, o, bunu edəcək. Bunu çox tezliklə öyrənəcəyik” – Tramp bildirib.
Xatırladaq ki, sabah Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin görüş keçirəcəklər.