Donald Tramp bildirir ki, onunla Vladimir Putin arasında münasibətlər daha isti xarakter daşıyır
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun və Rusiya prezidenti Vladimir Putinin münasibətləri daha isti xarakter daşıyır və bu, Ankoric sammitində də hiss olunub.
Donald Trampın sözlərinə görə, o, Ukrayna prezidenti və Avropa liderləri ilə görüşdən sonra Rusiya prezidenti ilə danışıb, lakin qonaqların iştirakı olmadan. Trampın fikrincə, həmin liderlərin Putinə münasibəti Baydenin dövründən bəri yaxşı deyil.
Tramp vurğulayıb ki, Avropalı liderlərin iştirakı ilə Putinlə danışmaq “Rusiya liderinə hörmətsizlik olardı.”
“Görüşdən sonra prezident Putinə zəng etməyi planlaşdırırdım və Putin də bunu gözləyirdi. Mən zəng edəndə Rusiyada artıq gecə saat bir idi. Gec idi, amma cavab verdi. O da bizim kimi çox işləyir. Çox yaxşı söhbətimiz oldu. Dedim ki, prezident Zelenski ilə görüş təşkil edəcəyəm və siz onunla görüşəcəksiniz. Əgər bu görüşdən sonra hər şey yaxşı getsə, mən də sizə qoşulacağam və yekunlaşdıracağıq. Onların müəyyən münasibəti olmalıdır, əks halda bu, vaxt itkisi olacaq. Mən bunu bitirmək istəyirəm”, – deyə Tramp qeyd edib.