Donald Tramp bildirir ki, Kanadadakı meşə yanğınları “qəsdən səhlənkarlıqdır” və bu, ABŞ-a milyardlarla dollara başa gəlir. Buna görə də çirklənmənin dəyəri Kanadaya tətbiq olunan gömrük rüsumlarına əlavə edilməlidir
President Donald Trump speaks in the East Room of the White House, Thursday, July 16, 2026, in Washington. (Saul Loeb/Pool via AP)
ABŞ Prezidenti Donald Tramp Kanadanı meşə yanğınlarına görə vergiləri artırmaqla hədələyir.
Donald Tramp hesab edir ki, Kanadadakı yanğınlar səhlənkarlıq nəticəsində baş verib və ölkəyə qarşı tarifləri artıracağı ilə bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, ABŞ Kanadanı “meşələrinin düzgün idarə olunmamasına görə məsuliyyətə cəlb edir”.
Trampın iddiasına görə, bu vəziyyət “əsassız çirklənməyə, ABŞ ərazisinə daxil olan sağlamlıq üçün zərərli və təhlükəli havaya” səbəb olur.
ABŞ Prezidenti əmindir ki, bu, onun sözləri ilə desək, “qəsdən səhlənkarlıqdır” və bu hal “hər il baş verən hadisəyə çevrilir və ABŞ-a milyardlarla dollara başa gəlir”.
Bu kontekstdə Tramp bildirib ki, çirklənmənin yaratdığı xərclər Kanadanın hazırda ödədiyi gömrük rüsumlarına əlavə edilməlidir.