Donald Tramp bildirir ki, İranla müharibə noyabr ayında, ABŞ-da keçiriləcək aralıq seçkilər başa çatdıqdan dərhal sonra sona çatacaq

19:18, 09.09.2026

ABŞ Prezidenti Donald Tramp bildirir ki, İranla müharibə noyabr ayında, ABŞ-da keçiriləcək aralıq seçkilər başa çatan kimi sona çatacaq.
“Düşünürəm ki, müharibə seçkilər başa çatan kimi bitəcək. Çünki onlar artıq müqavimət göstərə bilmirlər. Onlar ümidsiz vəziyyətdədirlər və seçkilərə təsir göstərməyə çalışırlar ki, hakimiyyətə onların istədiyi zəif bir qrup gəlsin. Həmin qrup da onlara toxunmasın və nüvə silahına sahib olmalarına icazə versin. Onların istədiyi yalnız nüvə silahıdır. Əgər onlar nüvə silahı əldə etsələr, bütün dünya ciddi təhlükə qarşısında qalacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da aralıq ümumi seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Aralıq seçkilər prezidentlik müddətinin ortasında, hər dörd ildən bir keçirilir.

Oxşar