Donald Tramp bildirir ki, böyük və çox hörmətli ölkə ilə ilk ticarət razılaşması mayın 8-də elan olunacaq
Donald Tramp bildirir ki, böyük və çox hörmətli ölkə ilə ilk ticarət razılaşması mayın 8-də elan olunacaq

 

ABŞ Prezidenti Donald Tramp ilk ticarət razılaşmasının anonsunu verir. Prezident Trampın dediyi kimi, böyük və çox hörmətli ölkə ilə bu razılaşma mayın 8-də elan ediləcək.

“BBC”, Donald Trampın Birləşmiş Krallıqdan danışması haqda məlumat verir. Britaniya media vasitələri baş nazir Kir Starmerin də bu gün bəyanat verməyi planlaşdırdığını xəbər verirlər.

Razılaşmanın təfərrüatları hazırda məlum deyil, lakin tərəflər həm Amerika avtomobilləri və kənd təsərrüfatı məhsulları, həm də Amerika texnologiya şirkətləri üçün rüsumların azaldılması məsələsini müzakirə edirdilər. Hazırda Birləşmiş Ştatlar Britaniyaya 10% baza rüsumu tətbiq edir, lakin avtomobillər, alüminium və polad üçün rüsum 25% təşkil edir.