Donald Tramp bildirir ki, ABŞ Avropa İttifaqı ilə ticarət sazişi bağlamağı planlaşdırır – Bu, ədalətli sövdələşmə olacaq
ABŞ Prezidenti Donald Tramp bildirir ki, ABŞ Avropa İttifaqı ilə ticarət sazişi bağlamağı planlaşdırır.
Tramp bu barədə Ağ Evdə İtaliyanın Baş naziri Corcia Meloni ilə görüş başlamazdan əvvəl suala cavab olaraq deyib.
Trampa ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasının bağlanmasının mümkün olub-olmaması haqda sual veriblər, Tramp bu suala “ticarət sövdələşməsi 100 faiz olacaq” cavabını verib.
“Əlbəttə, ticarət razılaşması olacaq. Onlar çox istəyirlər və biz ticarət sazişi bağlamaq niyyətindəyik. Mən bunu gözləyirəm, lakin bu, ədalətli sövdələşmə olacaq. Razılaşmanın əldə edilməsində Avropa və ya başqası ilə problemimiz olmayacaq, çünki bizdə hamının istədiyi şey var” – ABŞ Prezidenti bildirib.
Həmçinin, ABŞ Prezidenti qeyd edib ki, İtaliyanın Baş naziri Corcia Melonini “çox bəyənir, onun möhtəşəm baş nazir olduğunu hesab edir və fantastik iş görür”.
Tramp, Meloninin dünyanın real liderlərindən biri olduğunu deyib.
Bununla yanaşı, ABŞ Prezidenti “rüsum müharibəsi” fonunda Avropa İttifaqının Çinlə yaxınlaşma imkanını rədd edib.
“Heç kim bizimlə rəqabət apara bilməz. Düşünürəm ki, Çinlə çox yaxşı razılaşma əldə edəcəyik” – Tramp qeyd edib.
Öz növbəsində, İtaliyanın Baş naziri bütün Avropa İttifaqı adından rüsumlarla bağlı danışa bilməyəcəyini, lakin Trampı ABŞ Prezidenti ilə Avropa liderləri arasında görüş təşkil etməyə ümid etdiyi İtaliyaya dəvət etmək istədiyini bildirib.
“Razılığa nail ola biləcəyimizə əminəm. Mən bu prosesə kömək etmək üçün buradayam. Ən yaxşı yolun səmimi söhbət olduğuna inanıram” – İtaliyanın Baş naziri qeyd edib.