Donald Tramp bildirib ki, ukraynalı həmkarı ilə görüşü uğurlu keçib
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı ilə görüşünün yaxşı keçdiyini bildirib.
ABŞ liderinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək onun üçün böyük şərəfdir. Tramp qeyd edib ki, görüş zamanı çoxsaylı məsələlər müzakirə olunub və danışıqlar çox yaxşı keçib.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək böyük şərəfdir. Bir çox məsələləri müzakirə etdik. Görüş çox yaxşı keçdi”, – deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə də yaxşı görüş keçirdiyini qeyd edib.
“İsrailin Baş naziri Bibi Netanyahu ilə mənim və nümayəndələrimin çox yaxşı görüşü oldu. Təbii ki, bir çox mühüm məsələləri müzakirə etdik”, – deyə Tramp sosial şəbəkədə yazıb.