Donald Tramp bildirib ki, şənbə günü saat 12:00-a qədər Qəzzada bütün girovlar azad edilməsə, İsrailə atəşkəs razılaşmasını ləğv etməyi təklif edəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, şənbə gününə qədər Qəzzada bütün girovlar azad edilməsə, İsrailə atəşkəs razılaşmasını ləğv etməyi təklif edəcək.
Qərar vermək İsrailin ixtiyarındadır, lakin şənbə günü saat 12:00-a qədər bütün girovlar qaytarılmasa, məncə, doğru vaxtdır. Mən deyərdim ki, müqaviləni ləğv edin və cəhənnəm başlasın”. – Donald Tramp bildirib.
Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp həmçinin Qəzzadan didərgin düşən fələstinli qaçqınları qəbul etməsələr, İordaniya və Misirə yardımı kəsə biləcəyini də təklif edib.
Xatırladaq ki, HƏMAS-ın sözçüsü Hudhaifa Kahlout İsrailin atəşkəslə bağlı öhdəliklərini yerinə yetirmədiyini, bu səbəbdən şənbə gününə planlaşdırılan girov və əsirlərin mübadiləsinin təxirə salınacağını bildirib.