Donald Tramp bildirib ki, o, Volodimir Zelenski ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istəyir

15:26, 09.02.2025

 

ABŞ prezidenti Donald Tramp Volodimir Zelenski ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istədiyini bildirib. Tramp bunu “New York Post”a müsahibəsində deyib.

Tramp deyir ki, o, istənilən sülh sazişində Ukrayna üçün təhlükəsizlik zəmanəti müqabilində Ukraynada nadir minerallara və qaza çıxış əldə etmək üçün müqavilə bağlamaq istəyir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, o, Ukrayna ilə ABŞ-ın onlara verdiyi nadir torpaq minerallarına ukraynalıların qarantiya verəcəyi müqavilə bağlamaq istəyir.

Oxşar