Donald Tramp bəyan edir ki, zərurət olarsa, İrana yenidən zərbə endirəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək.
Bu barədə Tramp “Truth Social” platformasında yazıb.
“Iranın xarici işlər naziri Abbas Araqçi İranın nüvə obyektləri ilə bağlı deyib: ziyan çox ciddidir, obyektlər məhv edilib. Əlbəttə, dediyim kimi, onlar məhv edilib və zərurət yaranarsa, biz bunu yenidən edəcəyik,” – deyə Tramp yazıb.
Xatırladaq ki, Abbas Araqçi “Fox News”a verdiyi müsahibədə İranın nüvə obyektləri barədə danışıb. Onun sözlərinə görə, ziyan ciddidir, lakin İran uranın zənginləşdirilməsindən imtina etməyəcək.