Donald Tramp bəyan edir ki, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkili prosesinə başlayıb
Donald Tramp bəyan edir ki, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkili prosesinə başlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkilinə başlayıb. Bu barədə Donald Tramp sosial şəbəkədə yazıb.

“Çox yaxşı görüşüm oldu görkəmli qonaqlarla: Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corcia Meloni, Birləşmiş Krallığın Baş naziri Kir Starmer, Almaniya Federativ Respublikasının kansleri Fridrix Mers, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte ilə. Görüş Ağ Evdə baş tutdu və Oval ofisdə davam edən əlavə müzakirə ilə yekunlaşdı. Görüş zamanı ABŞ-ın koordinasiyası ilə Avropa ölkələrinin təmin etdiyi Ukraynanın təhlükəsizlik zəmanətləri müzakirə olundu. Hamı çox məmnundur Rusiya–Ukrayna arasında sülhün yaranması imkanından. Görüşlərin sonunda Prezident Putinə zəng etdim və Prezident Putinlə Prezident Zelenski arasında razılaşdırılacaq məkanda görüşün təşkilinə başladım. Bu görüşdən sonra isə üçtərəfli görüşümüz olacaq – burada iki prezident və mən iştirak edəcəyik,” – yazıb Tramp.

ABŞ Prezidenti əlavə edib ki, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkof hazırda Ukrayna və Rusiya ilə koordinasiya aparırlar.