Donald Tramp bəyan edir ki, Marko Rubio İstanbulda Volodimir Zelenski və Vladimir Putinlə danışıqlara gedəcək
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ABŞ-ın dövlət katibi Marko Rubio İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında cümə axşamı planlaşdırılan mümkün danışıqlarda iştirak etmək üçün yola düşəcək.
“Mən yorulmadan çalışıram ki, Rusiya və Ukrayna arasındakı dəhşətli qan tökülməsi sona çatsın. Ən vacibi isə odur ki, bu həftənin sonunda, çox güman ki, cümə axşamı, Türkiyədə danışıqlar keçiriləcək, hansıların ki, yaxşı nəticələr vermək potensialı var. Bizim nümayəndələrimiz – Marko Rubio və digərləri – ora gedəcəklər və görək, bu məsələni sona çatdıra biləcəyikmi,” – deyə Tramp bildirib.
Bundan əvvəl “Reuters” məlumat yaymışdı ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Ukrayna məsələləri üzrə xüsusi nümayəndə Kit Kellog İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, Putinlə İstanbulda birbaşa danışıqlara hazırdır. Həmçinin Tramp istisna etməyib ki, danışıqlar günü o da şəxsən İstanbula gedə bilər.