Donald Tramp bəyan edir ki, Kubaya neft tədarükünə, o cümlədən Rusiyadan olan tədarüklərə mane olmayacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kubaya neft tədarükünə, o cümlədən Rusiyadan olan tədarüklərə mane olmayacaq.
“Putin bununla çox şey itirmir, cəmi bir neft tankeri, vəssalam. Əgər o bunu istəyirsə və digər ölkələr də etmək istəyirsə, bu məni çox narahat etmir. Bunun təsiri olmayacaq”, – deyə ABŞ Prezidenti bildirib.
Bununla yanaşı, Donald Tramp Kuba hakimiyyətini tənqid edib və qeyd edib ki, ölkədəki rejim süqut edəcək.
“Kuba bitib. Pis rejimləri var, çox pis və korrupsiyalaşmış rəhbərlik. Bir neft tankerini alıb-almamaları fərq etməyəcək. Mən bunu buraxmağı üstün tuturam – istər Rusiya, istərsə də başqa ölkə olsun, çünki insanlara istilik və soyutma lazımdır”, – deyə Donald Tramp qeyd edib.