Donald Tramp bəyan edir ki, İsrail və İran atəşkəsə razılaşıblar
Donald Tramp bəyan edir ki, İsrail və İran atəşkəsə razılaşıblar

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəsə dair razılığa gəliblər. Bu barədə Tramp sosial şəbəkə vasitəsilə paylaşım edib.

“Təbrik edirəm hər kəsi! İsrail və İran tam şəkildə razılaşıblar ki, tam və şərtsiz atəşkəs olacaq (təxminən altı saat sonra, İsrail və İran son missiyalarını başa çatdırdıqları anda). Atəşkəs 12 saat davam edəcək, bundan sonra müharibə rəsmi olaraq başa çatmış hesab olunacaq. Rəsmi şəkildə İran atəşkəsə başlayacaq. Növbəti 12 saat ərzində isə İsrail atəşkəsə qoşulacaq və 24 saatın sonunda dünya bu 12 günlük müharibənin sonunu qeyd edəcək. Hər atəşkəs mərhələsində qarşı tərəf sülhü və qarşılıqlı hörməti qoruyacaq. Əgər hər şey plan üzrə getsə – və belə də olacaq – mən hər iki ölkəni, İsraili və İranı, dözümlülüyünə, cəsarətinə və müdrikliyinə görə təbrik etmək istəyirəm. Onlar sona çatdırdılar elə bir şeyi, hansı ki ’12 günlük müharibə’ adlandırılmalıdır. Bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə idi, lakin belə olmadı və heç vaxt da olmayacaq! Tanrı İsraili qorusun, Tanrı İranı qorusun, Tanrı Yaxın Şərqi qorusun, Tanrı Amerika Birləşmiş Ştatlarını və bütün dünyanı qorusun!” – deyə Tramp yazıb.