Donald Tramp bəyan edir ki, İranın ali lideri vəzifəsinə Müctəba Xameneinin təyin olunmasından narazıdır
ABŞ prezidenti Donald Tramp bəyan edir ki, İranın ali lideri vəzifəsinə Müctəba Xameneinin təyin olunmasından narazıdır. Bu barədə Donald Tramp Fox News-a bildirib.
Telekanalın aparıcısı Brayan Kilmidin sözlərinə görə, o, bu məsələ ilə bağlı ABŞ prezidenti ilə danışıb və Tramp belə cavab verib: “Mən narazıyam”.
Məlumat üçün bildirək ki, İranın keçmiş ali lideri ayətullah Əli Xameneinin oğlu Müctəba onun varisi olaraq təyin edilib. Medianın məlumatına görə, 56 yaşlı Müctəba Xamenei İranın ali dini lideri vəzifəsinə Ekspertlər Assambleyasının üzvləri tərəfindən seçilib.
İsrailin təhlükəsizlik xidmətləri hesab edir ki, ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei ötən həftə həyata keçirilmiş hava zərbəsi nəticəsində yaralanmış ola bilər.