Donald Tramp bəyan edib ki, dövlət səhiyyə proqramı Medicaid bundan sonra yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət keçidi ilə bağlı əməliyyatları və hormonal terapiyanı maliyyələşdirməyəcək

10:55, 12.08.2026

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, dövlət səhiyyə proqramı Medicaid yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət keçidi ilə bağlı əməliyyatları və hormonal terapiyanı artıq maliyyələşdirməyəcək.
Tramp sosial şəbəkədə yazıb: “Biz günahsız uşaqlarımızın gənc bədənlərinə təsəvvür edilə bilməyəcək və geri dönməz zərər vuran bu barbar əməliyyat və prosedurlardan keçməsi üçün pul ödəməyəcəyik.”
ABŞ prezidentinin sözlərinə görə, administrasiyanın son bir il yarım ərzində tutduğu sərt mövqe nəticəsində onlarla Amerika xəstəxanası transgender yeniyetmələrə bu cür müalicələrin göstərilməsini artıq dayandırıb.
Tramp həmçinin Demokratlar Partiyasını uşaqların səsvermə hüququ yaşına çatmazdan əvvəl reproduktiv orqanlarının çıxarılmasına imkan vermək istəməkdə ittiham edib və Respublikaçılar Partiyasının bunun qarşısını alacağını bildirib. O, amerikalıları noyabr ayında keçiriləcək aralıq seçkilərində səs verərkən bunu yadda saxlamağa çağırıb.

Oxşar