Donald Tramp - Benyamin Netanyahu mənim istədiyim hər şeyi edəcək, o, çox, çox yaxşı insandır
Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun “onun istədiyi hər şeyi edəcəyini” bildirir. O, özünün və Netanyahunun İranla müharibə ilə əlaqədar baxışlarının üst-üstə düşdüyünü deyib.
“O, mənim istədiyim hər şeyi edəcək. O, çox, çox yaxşı insandır” – ABŞ Prezidenti Merilenddəki hava bazasında jurnalistlərə deyib.
Bununla yanaşı, Tramp İsraildə korrupsiya səbəbilə Benyamin Netanyahuya qarşı davam edən məhkəmə prosesindən də danışıb və bildirib ki, baş nazirlə, çox güman ki, yaxşı rəftar etməyəcəklər.
“O, müharibə dövrünün baş naziridir və sadəcə onunla yaxşı rəftar edəcəklərini düşünmürəm” – Tramp bildirib.
Məlumat üçün bildirək ki, İsrailin “Channel 12” kanalı Tramp və Netanyahunun ötən gecə “uzun və dramatik telefon danışığı” apardıqları barədə məlumat yayıb.