Donald Tramp - Azərbaycan ilə Ermənistan arasında müharibənin tənzimlənməsində töhfə vermək, eyni zamanda bu iki böyük liderlə dostlaşmaq mənim üçün böyük şərəfdir
Azərbaycan ilə Ermənistan arasında müharibənin tənzimlənməsində töhfə vermək, eyni zamanda bu iki böyük liderlə dostlaşmaq mənim üçün böyük şərəfdir – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
Trampın yazdığı kimi, bu, ömürlük dostluq olacaq.
“Azərbaycan ilə Ermənistan arasında müharibənin həllinə töhfə vermək, eyni zamanda bu iki böyük lider və insan, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla dostlaşmaq böyük şərəfdir. Bu, mənim üçün, lakin ən önəmlisi, Amerika Birləşmiş Ştatları üçün də əbədi dostluq olacaq!” – Donald Tramp yazır.