Donald Tramp - Avropa zəif insanların rəhbərliyi ilə idarə olunur, sərhəd siyasətində dəyişiklik olmadan, bəzi Avropa dövlətləri həyat qabiliyyətini itirəcək, Avropa məhv olur
ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Avropanın “zəif” insanların rəhbərliyi ilə idarə olunduğunu bildirib və onun vizyonu ilə razılaşan Avropa siyasi namizədlərini dəstəkləyəcəyini qeyd edib.
Bununla yanaşı, müsahibədə ABŞ Prezidenti miqrasiyadan da danışıb və London və Paris kimi şəhərlərdən Yaxın Şərq və Afrikadan gələn miqrasiya yükünün altında “təhlükəli şəhərlər” olaraq bəhs edib.
Onun sözlərinə əsasən, sərhəd siyasətində dəyişiklik olmadan, bəzi Avropa dövlətləri həyat qabiliyyətini itirəcək.
“Düşünürəm ki, onlar zəifdirlər, lakin eyni zamanda düşünürəm ki, onlar siyasi cəhətdən korrekt olmaq istəyirlər. Düşünürəm ki, onlar nə edəcəklərini bilmirlər. Avropa nə edəcəyini bilmir. Düşünürəm ki, onlar siyasi cəhətdən korrekt olmaq əvəzinə, yaxşı olar ki, miqrantları geri göndərsinlər. Bildiyiniz kimi, mənim köklərim Avropadandır və orada nə baş verdiyini görməkdən nifrət edirəm. Onlar insanları yoxlamadan içəri buraxırlar. Avropa məhv olur. Bir çox avropalının xoşlamadığı insanları dəstəkləyirəm. Viktor Orbanı dəstəkləyirdim” – Tramp bildirib.