Donald Tramp Avropa İttifaqının sənaye məhsullarına sıfır rüsum tətbiq etmə təklifini rədd edib

12:18, 08.04.2025

 

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının sənaye məhsullarına sıfır rüsum tətbiq etmə təklifini rədd edib. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Medianın məlumatına əsasən, ABŞ Brüsseldən Amerika enerji daşıyıcılarının idxalını artırmağı tələb edir.

Donald Tramp bildirib ki, Avropa enerji daşıyıcılarını elə miqdarda almalıdır ki, bu, ABŞ və Avropa İttifaqı arasında ticarət defisitini bərabərləşdirməyə ekvivalent olsun. Bu halda isə bu defisit tez bir zamanda aradan qaldırılacaq.

Donald Tramp Vaşinqton və Brüssel arasında ticarət əlaqələrini ədalətsiz hesab etdiyini qeyd edir.

“Onlar bizim avtomobillərimizi almırlar, bizim kənd təsərrüfatı məhsullarımızı almırlar. Onlar praktiki olaraq bizdən heç nə almırlar” – Tramp bildirib.

Oxşar