Donald Tramp - Avropa diqqətini Qrenlandiyaya deyil, Ukraynaya yönəltməlidir
Avropa diqqətini Qrenlandiyaya deyil, Ukraynaya yönəltməlidir – bu haqda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “NBC News”a telefon müsahibəsində deyib.
Onun sözlərinə əsasən, Qrenlandiya ilə bağlı razılaşma əldə olunmazsa, o, Avropa ölkələrinə 100% rüsum tətbiq etməklə hədələyir.
“Avropa Rusiya və Ukrayna ilə müharibəyə diqqət yetirməlidir, çünki, açığını desək, bunun hansı nəticə ilə müşaiyət olunduğunu görürsünüz. Avropa məhz buna diqqət yetirməlidir, Qrenlandiyaya yox” – Tramp qeyd edib.
Qrenlandiyanı ələ keçirmək üçün güc istifadə edib-etməyəcəyi sualına, prezident cavab verib: “Şərhsiz”.
Tramp həmçinin Norveçin Nobel Sülh Mükafatı müsabiqəsinə heç bir təsirinin olmaması və qərarın tamamilə komitədən asılı olmasını rədd edib.
“Norveç nə deyirlərsə desinlər, ona tam nəzarət edir. Onlar bununla heç bir əlaqələrinin olmadığını deməyi sevirlər” – Tramp deyib.