Donald Tramp – Avropa daha da aktivləşməlidir, etməməlidirlər bunu: Rusiyadan neft və qaz alırlar, eyni zamanda Rusiyaya qarşı mübarizə aparırlar – bu, onlar üçün utancvericidir
“Əgər Rusiya müharibənin başa çatdırılması üçün razılaşma imzalamağa hazır deyilsə, ABŞ tam şəkildə hazırdır çox güclü tariflər paketini tətbiq etməyə və inanıram ki, bu, qan tökülməsini tez bir zamanda dayandıracaq,” – bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında bildirib.
Trampın sözlərinə görə, tariflərin effektiv olması üçün Avropa ölkələri də analoji tədbirlərə qoşulmalıdır.
“Çin və Hindistan hazırkı müharibənin birbaşa maliyyələşdiriciləridir, çünki rus neftini almaqda davam edirlər – bu, bağışlanmazdır. NATO ölkələri də rus neftini və neft məhsullarının böyük hissəsini almağı dayandırmayıblar. Mən bunu iki həftə əvvəl öyrəndim və məmnun qalmadım. Fikirləşin bir az: onlar müharibəni özlərinə qarşı maliyyələşdirirlər. Belə bir şey eşidilirmi?
Əgər Rusiya müharibənin başa çatdırılması üçün razılaşma imzalamağa hazır deyilsə, ABŞ tam şəkildə hazırdır çox güclü tariflər paketini tətbiq etməyə və inanıram ki, bu, qan tökülməsini çox tez bitirəcək. Amma bu tariflərin effektiv olması üçün Avropa ölkələri, burada olan hər biriniz, analoji tədbirlərə qoşulmalısınız. Siz daha yaxındasınız, bizi okean ayırır. Siz isə oradasınız və Avropa aktivləşməlidir. Onlar etməməlidirlər bunu: Rusiyadan neft və qaz alırlar, eyni zamanda Rusiyaya qarşı mübarizə aparırlar. Bu, onlar üçün utancvericidir. Onlar dərhal Rusiyadan enerji resursları alımını dayandırmalıdırlar, əks halda hamımız çox vaxt itiririk,” – deyə Donald Tramp bildirib.