Donald Tramp - Aşağı keyfiyyətli “New York Times” qəzeti həqiqətən də xalqın düşmənidir
Aşağı keyfiyyətli “New York Times” qəzeti həqiqətən də xalqın düşmənidir – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
ABŞ Prezidenti “radikal solçu dəlilər”in onun haqqında ABŞ Prezidentinin daha az enerjili olduğundan bəhs edən məqalə yazdıqlarını bildirib. Tramp faktların bunun əksini sübut etdiyini deyib.
“Onlar bunun səhv olduğunu bilirlər, necə ki, mənim haqqımda yazdıqları demək olar ki, hər şey, o cümlədən seçkilərin nəticələri qəsdən mənfidir. Bu ucuz, aşağı keyfiyyətli qəzet həqiqətən də “xalqın düşmənidir”. Hekayənin müəllifi, mənim haqqımda yalnız pis şeylər yazmaq tapşırığı verilən Keiti Rocers, həm daxilən, həm də xaricdən çirkin olan üçüncü dərəcəli müxbirdir. Gün gələcək enerjim tükənəcək, bu, hər kəsin başına gəlir, lakin mükəmməl fiziki müayinədən və hərtərəfli koqnitiv testdən (“mən uğurla keçdim”) sonra indi həqiqətən belə deyil” – Donald Tramp bildirib.