Donald Tramp aralıq seçkilərinin nəticələrinə “seçkilər ədalətli keçiriləcəyi təqdirdə hörmətlə yanaşacağını” bəyan edir

21:31, 27.10.2026

 

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərinin nəticələrinə seçkilər ədalətli keçiriləcəyi təqdirdə hörmətlə yanaşacağını bəyan edir.

Nümayəndələr Palatasına nəzarəti demokratlar ələ keçirəcəyi təqdirdə onlarla necə əməkdaşlıq etməyi planlaşdırdığı barədə suala cavab olaraq Donald Tramp “nəsə yol tapacağını” bildirib.

“Baxın, mənim güclü veto hüququm var. Ümid edirəm ki, belə olmayacaq, lakin bu baş verərsə – bu, əvvəllər də bir çox prezidentin dövründə olub – güclü veto hüququnuz olur və yekunda razılaşmalara nail olursan” – ABŞ Prezidenti qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ-da ümumi aralıq seçkiləri 2026-cı ilin noyabrın 3-də keçiriləcək.

Oxşar