Donald Tramp – Aralıq seçkilərində respublikaçılar qalib gəlsələr, ABŞ-nin bütün yetkin vətəndaşlarına 5 000 dollar verəcəyəm, unutmayın, bunu yalnız respublikaçılar edə bilər

13:02, 03.10.2026

 

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərində Konqresin hər iki palatasında respublikaçıların qələbə qazanacağı təqdirdə Alabama ştatının əhalisinə 5000 dollarlıq çek verəcəyini vəd edir.

Tramp bu bəyanatı seçkiqabağı kampaniya çərçivəsində ştatda çıxışı zamanı verib. O, demokratların qələbəsi halında ölkəni iqtisadi böhranın gözlədiyini bildirib.

“Əgər respublikaçılar Nümayəndələr Palatası və Senatda qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının bütün yetkin vətəndaşlarına 5 000 dollar verəcəyəm. Unutmayın, bunu yalnız respublikaçılar edə bilər. Demokratlar bunu edə bilməyəcəklər, çünki biz tariflər və rekord iqtisadi uğurlar hesabına nəhəng məbləğlər əldə edirik. Lakin demokratlar qələbə qazansalar, mənim fikrimcə, 1929-cu ildəki kimi iqtisadi depressiya ilə üzləşəcəksiniz. Bu, yaxşı dövr olmayacaq. Əgər respublikaçılar qalib gəlsələr, hər birinizin cibində 5 000 dollar olacaq və ölkəmiz üçün indiyədək görmədiyimiz böyük iqtisadi uğura imza atacağıq” – Tramp bildirib.

Oxşar