Donald Tramp – Aralıq seçkilərində demokratlar Konqresə nəzarəti ələ keçirsələr, etdiyimiz hər şey ləğv ediləcək

11:16, 03.11.2026

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, aralıq seçkilərində demokratlar Konqresə nəzarəti ələ keçirsələr, onun administrasiyasının nailiyyətlərinin böyük hissəsi ləğv edilə bilər.

“Etdiyimiz bu qədər şey, hər şey ləğv ediləcək” – Tramp “Fox News”la söhbəti əsnasında qeyd edib.

ABŞ Prezidenti tərəfdarlarını bülletendə onun ad və soyadının göstərildiyini təsəvvür etməyə çağırıb.

“Bülletendə olanda həmişə qazanıram və olmadığım vaxtla müqayisədə 50% çox səs alırıq. Buna görə də hər kəsdən xahiş edirəm ki, bülletendə mənim olduğumu təsəvvür etsinlər” — ABŞ Prezidenti açıqlayıb.

O, tərəfdarlarının seçkiyə gedəcəkləri təqdirdə qələbənin inandırıcı olacağını bildirib.

Məlumat üçün bildirək ki, ABŞ-da aralıq seçkiləri bu gün keçiriləcək. Amerikalılar Konqresi və ştatların bir hissəsində yerli hakimiyyəti seçirlər.

Oxşar