Donald Tramp Anjey Duda ilə görüşüb

11:18, 23.02.2025

Ağ Evin məlumatına görə, Donald Tramp və Polşa prezidenti Anjey Duda Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı başlamazdan əvvəl görüşüblər.

Ağ Ev mediaya qapalı keçirilən görüşün fotolarını yayıb.

“Prezident Donald Tramp Polşa prezidenti Anjey Duda ilə görüşüb və yaxın tərəfdaşlığımızı təsdiqləyib”. – bəyanatda deyilir.

Lakin Tramp konfransda çıxışı zamanı, söhbətin əvvəlində Dudanın adını çəkib. Tramp Polşa prezidentinin konfransda iştirakını yüksək qiymətləndirdiyini bildirib, Polşa liderinin “fantastik insan” və onun “böyük dostu” olduğunu qeyd edib.

Oxşar