Donald Tramp andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da Vaşinqtonda tədbir keçirəcək

20:11, 02.01.2025

 

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da Vaşinqtonda tədbir keçirəcək. Bu haqda məlumatı “Hill” nəşri yayır.

Nəşrin məlumatına əsasən, Trampın “qələbə mitinqi” adlandırdığı tədbir Vaşinqtonun mərkəzində, “Capital One Arena”da keçiriləcək.

Aksiyada çıxış edəcək şəxslərin kimliyi hələlik məlum deyil. Ehtimal ki, seçilmiş prezidentin özü oraya toplaşan xalqa müraciət edəcək.

Məlumat üçün bildirək ki, ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci ilin yanvarın 20-də keçiriləcək. Tramp Kapitolidə and içəcək.

Oxşar