Donald Tramp and içdikdən sonra Amerika Birləşmiş Ştatlarının Kapitolisində ilk icra sərəncamlarını imzalayıb

10:11, 21.01.2025

 
Prezident Donald Tramp and içdikdən sonra Amerika Birləşmiş Ştatlarının Kapitolisində ilk icra sərəncamlarını imzalayıb. Bundan əvvəl, Tramp administrasiyasının rəsmisi “CNN”ə bildirib ki, Tramp andiçmə mərasimindən sonra icra sərəncamlarının bir hissəsini Kapitolidə, qalanlarını isə həmin gün “Capital One Arena”da səhnədə çıxışı zamanı imzalayacaqdı.

Məlumat üçün bildirək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evə qayıdan kimi “rekord” sayda sərəncamları imzalamağı planlaşdırdığını bəyan etmişdi.

O, kütləvi deportasiya və yanğından zərər çəkən Los-Ancelesə səfərin gündəmdə olduğunu deyib.

Oxşar