Donald Tramp – Amerikada valideynlər uşağın oğlan kimi evi tərk edib və iki gün sonra qız kimi qayıtmasını istəmirlər

13:39, 23.01.2025

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bəyanatına əsasən, amerikalılar başa düşdülər ki, onun rəqibləri ölkəni idarə edə bilmirdilər və onların siyasəti qorxuncdur.

Bu haqda Donald Tramp “Fox News”a müsahibəsində ikinci müddətə prezident seçilməsi haqda danışarkən deyib.

“Nümunə üçün, amerikalılar rinqdə qadının kişi tərəfindən döyülməsini görmək istəmirlər, düz deyilmi?! Kişilər və qadınların idmanını görmək istəmirlər, hər kəs üçün cinsin dəyişdirilməsini istəmirlər. Uşağın oğlan kimi evi tərk edib və iki gün sonra qız kimi qayıtmasını istəmirlər. Valideyn bunu görmək istəmir. Bunun baş verə biləcəyi ştatlar var” -Donald Tramp bildirib.

Həmçinin, Amerika Birləşmiş Ştatlarının Prezidenti qeyd edib ki, demokratlarda sağlam düşüncə yoxdur.

Oxşar