Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuelanı idarə etdiyini bildirir
ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuelanı idarə etdiyini bildirib. Tramp Nikolas Maduronun yaxalandığı Amerika xüsusi təyinatlı qüvvələrinin hərbi əməliyyatı haqqında da danışıb.
“Cəmi bir neçə yaralımızın olması heyrətamiz idi, lakin indi hamısı yaxşı vəziyyətdədir. Böyük təhlükə olduğunu bilirdim” – Donald Tramp qeyd edib.
Amerika Birləşmiş Ştatlarının Prezidentinə Venesuelanı kimin idarə etməli olduğu haqda sual verilib.
“Məndən kimin idarə etdiyini soruşmayın, çünki sizə cavab verəcəyəm və çox mübahisəli olacaq. Bu o deməkdir ki, biz əsas olacağıq. Venesuela indi ölü bir ölkədir. Bu, elə bir ölkədir ki, açığı desəm, əgər seçkilərdə uduzsaydıq, biz də belə olardıq, ölü bir ölkə olardıq” – Tramp bildirib.
Amerika Birləşmiş Ştatları Prezidenti Amerika neft şirkətlərinin Venesuelaya daxil olacağını və ölkənin neft infrastrukturunu bərpa edəcəklərini bildirib. O, şirkətlərin böyük investisiyalar qoymağa hazır olduqlarını və ABŞ hökumətinin özünün isə bu prosesə maliyyə müdaxiləsi etməyəcəyini deyib.
“Biz sadəcə ölkənin qayğısına qalacağıq. Ölkəmizdə yaşayan və ölkələrini tərk etmək məcburiyyətində qalan venesuelalılar da daxil olmaqla, insanların qayğısına qalacağıq. Bəli, onlara çox yaxşı qayğı göstəriləcək” – Amerika Birləşmiş Ştatları Prezidenti qeyd edib.
Bununla yanaşı, Donald Tramp qeyd edib ki, ABŞ ikinci hərbi əməliyyata da hazır idi, lakin çox güman ki, artıq buna ehtiyac olmayacağını əlavə edib.